6 C
Baku
Sunday, December 15, 2024

İpoteka və Kredit Zəmanət Fondu niyə xarici valyuta ilə istiqraz buraxmır?

İpoteka və Kredit Zəmanət Fondu istiqraz emissiyasını yalnız Azərbaycan manatı ilə həyata keçirməsinin səbəbini açıqlayıb.

Bu barədə Fondun Baş direktoru İlham Kələşov məlumat verib.

“Mövcud qanunvericiliyə əsasən ipoteka kreditləri yalnız manatla verilə bilər. Kreditlərin manatla verilməsi, vəsaitlərin isə xarici valyutada cəlb edilməsi halında Fond gələcəkdə açıq valyuta mövqeyi riski ilə üzləşə bilər. İpoteka kreditləşməsinin uzunmüddətli olmasını nəzərə alsaq, xarici valyutada vəsaitlərin cəlb edilməsi ilə bağlı valyuta risklərinin baş vermə ehtimalı daha da yüksəkdir. Rusiya və Qazaxıstan kimi ölkələrdə ipoteka kreditləri bazarında valyuta riskinin reallaşması nəticəsində həm vətəndaşlar, həm də dövlət büdcəsi üçün yaranmış təsirlər bunun bariz nümunəsidir”, – deyə o, qeyd edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər