“Macarıstan Rusiyadan təbii qaz idxalından asılılığı azaltmaq niyyətindədir və 2030-cu ilə qədər milli enerji sektorunun inkişafına 16 milyard avro sərmayə qoymağı planlaşdırır”.
Bunu Macarıstanın texnologiya və sənaye naziri Laslo Palkoviç Budapeştdə keçirilən iqtisadiyyat, iqlim və davamlı inkişaf üzrə konfransda deyib.
O vurğulayıb ki, hazırda Macarıstanda enerji istehlakının 35-40 %-i təbii qaz hesabına təmin edilir: “Ukraynada baş verən hadisələr enerji və təchizat təhlükəsizliyi məsələlərini gündəmə gətirib”.
L.Palkoviç bildirib ki, ölkəsinin məqsədi Rusiyadan enerji tədarükü ilə bağlı asılılığının azaldılması və son nəticədə enerji müstəqilliyinə nail olunmasıdır.