10 C
Baku
Thursday, December 12, 2024

Çinlə ABŞ arasında ticarət dövriyyəsi artıb

ABŞ-la Çin arasında 2022-ci ilin ilk 8 ayında ticarət dövriyyəsinin həcmi ötən illə müqayisədə 9.5 faiz artaraq 514 milyard 958 milyon dollar təşkil edib.

Bu barədə Çinin Gömrük Baş İdarəsindən bildirilib.

Hesabata əsasən, bu ilin yanvar-avqust aylarında Çindən ABŞ-a illik ixracat 12.2 faiz artaraq 12.2 faiz, yaxud 397.151 milyard dollar olub. Həmin müddət ərzində ABŞ-dan Çinə ixracat ötən ilin hesabat dövrü ilə müqayisədə 1.3 faiz artaraq 117.807 milyard dollar təşkil edib.

Məlumata əsasən, iki ölkə arasında ticarət dövriyyəsi avqust ayında isə 62.77 milyard dollar olub. Hesabat dövründə Çindən ABŞ-a 49.77 milyard, əks tərəfə isə 13 milyard dollarllıq mal ixrac edilib.

İki ölkə arasında 2021-ci ildə ticarət dövriyyəsi 28.7 faiz artaraq 755.6 milyard dollara çatıb.

Qeyd edək ki, Rusiya ilə Çin arasında bu ilin ilk 7 ayında ticarət dövriyyəsi illik göstərici ilə müqayisədə 29 faiz artaraq 97.71 milyard dollar olmuşdu.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər