8 C
Baku
Thursday, December 12, 2024

“Petkim”in İdarə Heyətinə yeni rəhbər təyin olunub

Azərbaycan Dövlət Neft Şirkətinin Türkiyədəki törəmə şirkəti olan “Petkim Petrokimya Holding AŞ”nin (“Petkim”) İdarə Heyətində dəyişikliklər olub.

Bu barədə  Türkiyənin Kamu Aydınlatma Platformasına istinadən məlumat verib.

Bildirilir ki, bundan sonra şirkətin İdarə Heyətinə SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov rəhbərlik edəcək. O, bu vəzifədə sabiq SOCAR prezidenti, hazırda iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayevi əvəz edəcək.

SOCAR-ın digər vitse-prezidenti Kənan Nəcəfov isə “Petkim”in İdarə Heyətinin sədr müavini təyin edilib.

İdarə Heyətinin üzvləri və vəzifə bölgüsü aşağıdakı kimidir:

Süleyman Qasımov (İdarə Heyətinin sədri)

Kənan Nəcəfov (İdarə Heyətinin sədr müavini)

Zaur Qurbanov (İdarə Heyətinin üzvü),

Teymur Abasquliyev (İdarə Heyətinin üzvü),

Mehmet Celal Savaş (İdarə Heyətinin üzvü),

Sibel Uğur (İdarə Heyətinin üzvü),

Murat Zaman (İdarə Heyəti üzvü- Müstəqil),

Bekir Emre Haykır (İdarə Heyətinin üzvü- müstəqil),

Neslihan Tonbul (İdarə Heyətinin üzvü- müstəqil).

MənbəReport
Son xəbərlər
Digər xəbərlər