15 C
Baku
Sunday, November 24, 2024

Azərbaycanın rəqəmsal iqtisadiyyatının inkişafına dair Strategiya hazırlanır

Azərbaycanın gələcək illər üçün inkişaf istiqamətlərini müəyyən edəcək rəqəmsal iqtisadiyyat Strategiyası hazırlanır.

Bunu Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Tamerlan Tağıyev deyib.

Onun sözlərinə görə, Strategiya iqtisadiyyatın bütün sahələrini əhatə etdiyi üçün onun hazırlanmasına aidiyyatı dövlət qurumları cəlb olunub.

“Biz artıq müəyyən addımlar atmışıq bu istiqamətdə, ilkin araşdırmalar aparılıb və ümid edirik ki, ən qısa zamanda sənəd hazır olacaq. Əlbəttə ki, bu tək bizdən asılı olan məsələ deyil. Əlimizdən gələni edəcəyik ki, sənəd tezliklə hazır olsun və gələcək illər üçün bizim inkişaf istiqamətlərimizi müəyyən etsin”, – deyə Tamerlan Tağıyev qeyd edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər