“METAK” Məhdud Məsuliyyətli Cəmiyyət “Vepa Mühendislik Elektrik Mekanik İnşaat Taahtüt İthalat İhracat Sanayi ve Ticaret Limited” şirkətinin Azərbaycandakı filialını məhkəməyə verib.
Banker.az-ın məlumatına görə, “METAK” alqı-satqı müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.
İddia hakim Nərmin Əhmədovanınsədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, METAK şirkəti fəaliyyətə 1997-ci ildə başlamış və ilkin olaraq polad boruların Azərbaycana idxalı və daxili bazarda satışı ilə məşğul olub.