10 C
Baku
Tuesday, November 26, 2024

Azərbaycan Özbəkistandan əlvan metal idxal edən ölkələr sırasındadır

Azərbaycan Özbəkistandan əlvan metal idxal edən ölkələr sırasındadır.

Bu barədə “Almalık” mədən-metallurgiya kombinatının bu ilin yanvar-avqust aylarında məhsul ixracına dair nəşrində bildirilir.

Qeyd olunur ki, müəssisə Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Belarus, Qazaxıstan, Bolqarıstan, Qırğızıstan, Ukrayna, Polşa, Tacikistan, İndoneziya, Hollandiya, Çin, Türkmənistan, Əfqanıstana da məhsul tədarük edir.

Bundan əlavə, yeni bazarlara ixrac qurulub: Surinam, Keniya, Avstraliya, Litva, Gürcüstan, Portuqaliya, Kanada, Avstriya, İspaniya, Finlandiya, Mərakeş və Sinqapur.

Hesabat dövründə, müəssisə tərəfindən 698 877 000 ABŞ dolları həcmində istehsal olunmuş məhsul ixrac olunub, proqnoza 128.8% əməl edilib.

Proqnoz 114.7% yerinə yetirilməklə 53 906 ton mis məmulatı, o cümlədən katod misi – 50 325 ton, mis çubuqlar – 280 ton, mis borular – 3 301 ton ixrac edilib. Bundan əlavə, 42 183 ton sink məhsulları ixrac edilib. Xarici istehlakçılara 259 ton kadmium tədarük edilib, proqnoza 117.5% əməl edilib.

Bununla yanaşı, 6 318 ton mis sulfat (proqnoz 123.2% yerinə yetirilib), 556 ton molibden məmulatı (146.4%) ixrac edilib.

Qurğuşun konsentratının ixracında da yaxşı nəticə əldə edilib – onun 18 011 tonu satılıb, proqnoz 118.5% yerinə yetirilib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər