20 C
Baku
Friday, May 10, 2024

Bankın Bakıdakı torpaq sahəsi hərraca çıxarılır

28 sentyabr 2022-ci il saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “AG Bank” ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaqdır. 

Daşınmaz əmlak Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Viktor Seryogin küçəsi, ev 1 ünvanında istifadədə olan 0,02823  ha torpaq sahəsində yerləşən (ü/s 453.2 kv.m) fərdi yaşayış evidir. 

Daşınmaz əmlakın ilkin satış qiyməti 154000 manatdır. 

Satış qiymətinin 5%-i həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir.

Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri. Ünvan: Bakı şəh., Səbail ray, Badamdar qəsəbəsi, Badamdar şoşşesi 27 (“AVİS” aptekin arxası)

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər