Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniya Kraliçası II Elizabetin dəfn mərasimində iştirak etməyi planlaşdırır.
Ərdoğan bu barədə jurnalistlərə açıqlamasında bildirib.
“Proqramlar imkan verərsə, mərasimlərdə iştirak etməyi düşünürəm. İki dəfə görüşümüz olub. Fürsət tapsaq biz də mərasimlərdə iştirak etmək istəyirik”, – deyə Ərdoğan bildirib.