14 C
Baku
Saturday, November 23, 2024

Macarıstan tələbələrə faizsiz kreditlər verir

Macarıstanlı tələbələr təhsillə bağlı ehtiyaclarını ödəmək üçün faizsiz kreditlər ala biləcəklər.

Bu məlumatı Macarıstan hökumətinin mətbuat xidməti yayıb.

Bütün ölkədə kreditlərə görə faiz dərəcələrinin artmasına və yüksək inflyasiyaya baxmayaraq belə bir qərar qəbul edilib. Tələbələr faizsiz kredit almaq üçün sentyabrın 30-na qədər müraciət etməlidirlər. Faizsiz tələbə kreditinin məbləği 1 semestr üçün 1.5 milyon forintə qədər ola bilər (1 avro=400 forint).

Bu gün faizsiz tələbə krediti məsələsi gənclər arasında ən populyar mövzu olub. Hazırda tələbələrin uzunmüddətli perspektivdə belə kredit almaq üçün müraciət edə bilib-bilməməsi barədə diskussiyalar aparılır.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər