Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 2 100 ABŞ dollarına yaxın səviyyədə qərarlaşıb.
Banker.az xəbər verir ki, 12 sentyabr tarixində oktyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın “Title Transfer Facility”i – Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 2 086.6 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (2 152 dollar) ilə müqayisədə 3% azdır.
Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.