20 C
Baku
Tuesday, October 1, 2024

Kreml Ukrayna ilə yüksək səviyyədə danışıqlar perspektivi görmür

“Hazırda Ukrayna ilə yüksək səviyyədə danışıqların perspektivi yoxdur”.

Bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bildirib.

“Hazırda heç bir danışıqlar perspektivini nəzərdən keçirmirik. Bunun üçün heç bir ilkin şərait yoxdur”, – Kreml rəsmisi vurğulayıb.

Eyni zamanda, D.Peskov Rusiya Prezidenti Vladimir Putinin cəbhədəki hər dəyişikliklə bağlı məlumatlandırıldığını qeyd edib:

“Xüsusi hərbi əməliyyat davam edir və əvvəl qoyulan məqsədlərə nail olmaq üçün davam edəcək”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər