13 C
Baku
Saturday, November 23, 2024

Azərbaycanda şirkətə qanunsuz iş gördüyünə görə akt tərtib edildi

Xətai rayonu, Zığ şossesinin kənarındakı zeytunluq adlanan ərazidə ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.

Xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, sözügedən ünvana keçirilən baxış zamanı “Grand Aqro” MMC-yə məxsus zeytunluq ərazidəki ağacların qanunsuz kəsildiyi və sərt budandığı müəyyən edilib.

Faktla bağlı “Grand Aqro” MMC barəsində akt, protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb.

 

 

Son xəbərlər
Digər xəbərlər