-3 C
Baku
Sunday, December 15, 2024

Almaniyadakı səfirlikdə bank çıxarışları saxtalaşdırılıb – Nazirlik materialları DTX-ya təqdim etdi

Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyinin 30 dekabr 2014-cü il tarixdən 01 oktyabr 2021-ci il tarixə kimi olan dövrdə maliyyə-təsərrüfat fəaliyyətininin təftişi zamanı bank çıxarışlarındakı məlumatların dəyişdirilərək saxtalaşdırılması, bank hesablarında olan vəsaitlərin, o cümlədən konsulluq əməliyyatları üzrə dövlət rüsumlarının təyinatından başqa hesablara köçürülməsi yolu ilə mənimsənilməsi halları müəyyənləşib.

Bu barədə Banker.az Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən 2022-ci ilin birinci yarısında aparılmış nəzarət tədbirlərinin nəticələri haqqında məlumatında deyilir.

Aşkar edilmiş maliyyə pozuntularının ciddiliyi nəzərə alınaraq təqsirkar vəzifəli şəxslər barəsində müvafiq tədbirlər görülməsi məqsədilə yoxlama materialı Dövlət Təhlükəsizliyi Xidmətinə təqdim edilib.

Son xəbərlər
Digər xəbərlər