3 C
Baku
Saturday, December 14, 2024

Çavuşoğlu: “Qərbin zəifləməsi bizim xeyrimizə deyil”

“Rusiya ilə Ukrayna arasında davam edən müharibədə həssas olmağa çalışırıq”.

Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq olunur. Həmin sanksiyalardan təsirlənməmək çətindir. Qərbin pessimizmini hər birimiz görürük. Amma buna sevinmək lazım deyil. Qərbin zəifləməsi bizim xeyrimizə deyil. Avropada qışa həftələr qalıb. Artıq müxtəlif Qərb ölkələrində aksiyalar başlayıb. İstanbul həm taxıl sazişinə, həm də Zaporojye AES-lə bağlı danışıqlara ev sahibliyi edib. Bu göstərir ki, hələ də sülh üçün imkan var. Gələcəkdə də təşəbbüslərimizi davam etdirəcəyik”, – o bildirib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər