“Bu dəfə mənzil seçimi prosesi hüquq-mühafizə orqanları tərəfindən nəzəratə götürülüb”.
Bunu Mənzil İnşaatı Dövlət Agentliyinin aparat rəhbəri Fərman Qurbanlı güzəştli mənzillərin satışı ilə bağlı danışarkən bildirib.
O, qeyd edib ki, hər hansı qeyri-qanuni müdaxilə olarsa dərhal tədbir görüləcək.
Fərman Qurbanlı vurğulayıb ki, bu dəfə Yasamal-2 yaşayış kompleksindən 18 binada 815 mənzil satışa çıxarılacaq.
Qeyd edək ki, mənzil seçimi 11:00-da başlayacaq.