Sentyabrın 15-də müdafiə naziri general-polkovnik Zakir Həsənovla ABŞ-ın müdafiə katibinin siyasi məsələlər üzrə müavini cənab Kolin Kahlın təşəbbüsü ilə telefon danışığı olub.
Banker.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Telefon danışığı zamanı tərəflər arasında ikitərəfli hərbi əməkdaşlıq məsələləri, eləcə də Azərbaycan-Ermənistan dövlət sərhədində yaranmış qarşıdurma və hazırkı vəziyyət müzakirə edilib.