Bu ilin yanvar-avqust aylarında 18.6 mini pensiya, qalanları müavinət və təqaüd olmaqla, 187.1 min təyinat rəqəmsal infrastruktur üzərindən, proaktiv qaydada həyata keçirilib.
Banker.az bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir.
Qeyd edək ki, nazirlik tərəfindən 2019-cu ilin əvvəlindən başlayaraq həmin sosial təminat növlərinin təyinatı elektronlaşdırılıb. Həmin vaxtdan ötən dövrdə 456.1 min pensiya, müavinət və təqaüd e-qaydada təyin edilib.