ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfəri dəqiqləşib.
Pelosi İrəvana səfər edəcəyi barədə məlumatı təsdiqləyib.
“Ermənistana səyahət planımın ictimaiyyətə açıqlanmasından xəbərsiz idim”,- deyə Pelosi bildirib. O, səfərlə bağlı əlavə məlumat verməyib.
Lakin xarici KİV-də yer alan xəbərlərə görə, qalmaqallı spikerin Ermənistana səfəri həftəsonuna planlaşdırılır.