Avqust ayında Azərbaycan mobil internetin sürətinə görə digər ölkələr arasında 1 pillə geriləyərək 30.89 MB/S sürətlə 61-ci pillədə qərarlaşıb.
Banker.az bu barədə “Speedtest Global Index”ə istinadən xəbər verir.
Azərbaycan avqustda sabit genişzolaqlı internetin orta sürətinə görə isə dünyada 122-ci yerdə qərarlaşıb ki, bu da iyul ayı ilə müqayisədə 1 pillə geriləmədir. Avqustda ölkədə sabit genişzolaqlı internetin orta sürəti 22.15 MB/S olub.
Sabit internetin sürətinə görə birinci yerdə Sinqapur (219,01 MB/S), sonuncu yerdə isə Əfqanıstan (1,9 MB/S) qərarlaşıb.
Mobil internetin sürətinə görə isə Norveç 122,77 MB/S sürətlə birinci, Kuba isə 4,15 MB/S sürətlə sonuncu 140-cı yerdə qərarlaşıb.