11 C
Baku
Monday, November 25, 2024

Türkiyə və İsrail liderləri görüşür – İsrail rəsmisi bildirib

İsrailin baş naziri Yair Lapid və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində görüşəcəklər.

Banker.az xəbər verir ki, bunu Reuters agentliyi bildirib.

Bu görüş ölkələr üçün daha bir əlamətdar hadisədir, çünki onlar uzun müddətdir gərginləşən əlaqələri bərpa etməyə çalışırlar.

Hər iki hökumət 2018-ci ildə səfirlərini ölkədən çıxarmışdılar və İsrail-Fələstin münaqişəsi ilə bağlı bir-birlərini günahlandırıdı. Ötən ay Türkiyə və İsrail səfirləri yenidən təyin edəcəklərini açıqlamışdı.

Mart ayında İsrail prezidenti Ərdoğanın dəvəti ilə Türkiyəyə səfər etdi ki, bu da 2008-ci ildən bəri ən yüksək səviyyəli İsrail səfəridir. İki ay sonra Türkiyənin xarici işlər naziri İsrailə səfər etdi və regional güclər iqtisadi əlaqələri genişləndirməyə ümid etdiklərini bildirdilər.

Lapidin ofisindən bildirilib ki, o, Nyu-Yorkda olarkən Yunanıstanın baş naziri ilə də görüşəcək.

Son xəbərlər
Digər xəbərlər