11 C
Baku
Friday, November 15, 2024

Fransada enerjiyə qənaət üçün Versal sarayı və Luvr muzeyinin işıqları söndürüləcək

Fransa hökumətinin qış ərəfəsində elektrik enerjisinə qənaət etmək üçün gördüyü tədbirlər çərçivəsində Versal sarayının və Luvr muzeyinin işıqları axşam saatlarında söndürüləcək.

Bu barədə ölkənin mədəniyyət naziri Rima Abdul-Malak məlumat verib.

Onun sözlərinə görə, bu, simvolik addımdır və əhali üçün nümunə olacaq.

Nazir əlavə edib ki, Fransanın bütün mədəniyyət mərkəzlərində elektrik enerjisinə qənaət etmək üçün addımlar atılacaq, müasir istilik sistemləri quraşdırılacaq.

Bundan əvvəl Parisin meri Ann Hidalqo enerjiyə qənaət planını təqdim edib. Bu plana əsasən sentyabrın 23-dən muzey binaları daha az işıqlandırılacaq.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər