İran Prezidenti İbrahim Rəisi sentyabrın 19-u səhər saatlarında Tehrandan Nyu-Yorka yola düşüb.
Bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.
Səfərdə məqsəd Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 77-ci sessiyasında iştirak etməkdir.
Məlumata görə, prezidenti İran rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti və bir qrup hökumət üzvü müşayiət edirlər.