12 C
Baku
Monday, November 25, 2024

Çin ordusuna məxsus təyyarə və gəmilər Tayvanda mühasirəyə alınıb

Çin ordusuna məxsus 9 təyyarə və 5 gəmi sentyabrın 19-da Tayvanda mühasirəyə alınıb.

Məlumatı “Reuters” yayıb.

Qeyd olunub ki, Çin Hərbi Hava qüvvələrinə məxsus iki təyyarə Tayvan boğazında orta xətti keçib.

Xatırladaq ki, sentyabrın 16-da ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktorunun müavini Devid Koen Çin Sədri Si Szinpinin 2027-ci ildə Tayvanı ələ keçirməyi planlaşdırdığını bildirib.

ABŞ Prezidenti Cozef Bayden sentyabrın 18-də bəyan edib ki, Çin müdaxilə edəcəyi halda ABŞ qoşunları Tayvanı müdafiə edəcək.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər