2 C
Baku
Sunday, December 15, 2024

Tikinti materiallarının qiyməti 20 faiz artıb

İlin əvvəlindən bu günə qədər tikinti materiallarının qiyməti 20 faiz artıb.

Bunu əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.

Onun sözlərinə görə, qiymət artımının bir çox səbəbləri var.

“Yaxın illərdə Azərbaycanda tikinti materiallarının qiymətində ucuzlaşma olmayacaq. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində tikinti-bərpa işləri gedir. Həmin ərazilərə böyük həcmdə tikinti materialları lazımdır. Bu isə istər idxal olunan, istərsə də yerli istehsal üzrə materiallara tələbi kəskin artırır. Biz tələbin yüksəldiyinə görə, davamlı qiymət artımları müşahidə edirik”.

R.Osmanlının sözlərinə görə, hazırda bütün tikinti materiallarının qiymətində artım müşahidə olunur:

“İl başlayandan bu günə qədər tikinti materiallarının qiyməti 20 faiz artıb”, – ekspert bildirib.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər