Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Qırğızıstan parlamentinin sədri Talant Mamitov və Tacikistan parlamentinin Nümayəndələr Palatasının sədri Mahmadtoir Zokirzoda ilə ayrı-ayrılıqda telefon danışığı aparıb.
Bu barədə TBMM-nin mətbuat katibliyi məlumat yayıb.
Qeyd olunub ki, Şentop həmkarlarına Türkiyənin iki ölkə arasındakı gərginliyin dialoq və danışıqlar yolu ilə həll olunmasını istədiyini çatdırıb.