16 C
Baku
Friday, October 18, 2024

“Azərbaycan Sənaye Korporasiyası”nın şirkəti nizamnamə kapitalını 4 milyon manat azaldır

“ASK Şüşə” MMC nizamnamə kapitalını azaldaraq 31.305.541,51 Azərbaycan manatı müəyyən edir.

Banker.az xəbər verir ki, buna qədər şirkətin nizamnamə kapitalı 35 427 663.51 manat idi.

“ASK Şüşə” MMC-nin bütün kreditorları 30 gün müddətində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Tbilisi pr., ev 35, məhəllə 1033 ünvanına bildirə bilərlər.

Xatırladaq ki, “ASK Şüşə” MMC 2018-ci ilin fevral ayında təsis edilib. Müəssisə 22 ha ərazidə yerləşir, İtaliya və Çexiya istehsalı olan avadanlıqlarla təchiz edilib. Müəssisənin əsas fəaliyyət sahəsini şüşə tara məhsullarının istehsalı təşkil edir.

Son xəbərlər
Digər xəbərlər