Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailə səfər etməyi planlaşdırır.
Bu barədə İsrail KİV-ləri məlumat yaylb.
“Jewish Telegraphic” agentliyi qeyd edib ki, Ərdoğan belə bir niyyətinin olduğunu ABŞ-da görüşdüyü yəhudi liderlərinə bildirib, lakin mümkün səfərin tarixini açıqlamayıb.
Eyni zamanda “Middle East Eye” nəşrinə danışan yüksək rütbəli türk rəsmisi səfərin İsraildə noyabrın 1-də keçiriləcək ümumi seçkilərdən sonra baş tuta biləcəyini vurğulayıb.