19 C
Baku
Sunday, September 29, 2024

Peskov səfərbərliyə görə sərhədlərin mümkün bağlanması ilə bağlı suala cavab verməyib

Qismən səfərbərlik çərçivəsində 300 minədək insanın hərbi xidmətə çağırılması bir anda baş verməyəcək.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Rusiya Federasiyası Hökuməti ən qısa müddətdə qismən səfərbərlikdən möhlət hüququ olan vətəndaşların kateqoriyalarını müəyyən edəcək.

“Kreml Rusiya Federasiyasında qismən səfərbərlik haqqında fərmanın dərc olunmamış yeddinci bəndini açıqlaya bilməz, o, rəsmi istifadə üçündür. Qismən səfərbərlik haqqında fərmanın qapalı yeddinci bəndi Şoyqunun artıq dediyi kimi, 300 min nəfərədək çağırışçıların sayına aiddir”, – deyə Kremlin sözçüsü vurğulayıb

Peskov səfərbərliyə məruz qalan vətəndaşlara görə sərhədlərin mümkün bağlanması ilə bağlı suala cavab verməyib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər