9 C
Baku
Friday, December 13, 2024

Milli Məclisdə atalıq məzuniyyətinin ödənişli olması ilə bağlı dinləmə keçiriləcək

Milli Məclisdə atalıq məzuniyyətinin ödənişli olması ilə bağlı ictimai dinləmə keçiriləcək.

Bu barədə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova bu gün komitənin payız sessiyasında keçirilən ilk iclasında deyib.

Onun sözlərinə görə, payız sessiyasında komitə atalıq məzuniyyətinin ödənişli olması və eləcə də qanunvericilikdə gender bərabərliyinə əsaslanan valideyn məzuniyyətinin təsbit edilməsi, “Azərbaycanda uşaq hüquqlarının müdafiəsində yerli və beynəlxalq hüquqi- normativ aktların rolu” və Genderə həssas büdcənin tətbiqi ilə əlaqədar Asiya İnkişaf Bankının və beynəlxalq ekspertlərin iştirakı ilə ictimai dinləmələrin keçirilməsini nəzərdə tutur.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər