2 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda bal niyə bahalaşıb? – AÇIQLAMA

Azərbaycanda balın qiymətinin artması dünyada baş verən bahalıqla bağlıdır.

Bunu “Azərbaycan Arıçılar Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Bədrəddin Həsrətov deyib.

Onun sözlərinə görə, ümumiyyətlə son 10 ildə balın qiyməti dəyişməmişdi.

“Balın qiyməti çox bahalaşmayıb. Əgər ötən il balın 1 kiloqramını orta hesabla 25 manata almaq mümkün idisə, bu il qiymət 30 manatdır. Qiymət artımının əsas səbəbi bal istehsalı üçün lazım olan ləvazimatların bahalaşması ilə əlaqədardır. Belə ki, arıçılıqda istifadə olunan alətlər, arılara verilən dərmanların hamısı ölkəmizə Türkiyə və Rusiyadan gətirilir. Dünyada baş verən qiymət artımı fonunda arıçılıqda istifadə olunan məhsulların qiymətləri xarici ölkələrdə də artıb”,- B.Həsrətov bildirib.

O bildirib ki, bahalaşmanın digər səbəblərindən biri də Ukrayna müharibəsidir:

“Müharibədən əvvəl ölkəmizə kifayət qədər arıçılıq avadanlıqları gəlirdi. İndi bu proses dayanıb. Daşınma xərclərini də nəzərə alanda qiymət artımı qaçılmaz olur”, – deyə B.Həsrətov bildirib.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər