14 C
Baku
Saturday, November 23, 2024

Bolqarıstanın qaza tələbatının 19%-ini Azərbaycan ödəyəcək

Energetika naziri Pərviz Şahbazov Rumıniya  Beynəlxalq Qaz Konfransı çərçivəsində Bolqarıstanın energetika naziri Rosen Xristov ilə görüşüb.

Banker.az xəbər verir ki, nazir P.Şahbazov bu görüş barədə Twitter hesabında paylaşım edib.

Görüşdə ikitərəfli enerji əməkdaşlığının inkişafına dair məsələlər müzakirə edilib. Azərbaycandan Bolqarıstana qaz ixracının artması yüksək qiymətləndirilib. Bildirilib ki, ilin sonuna Bolqarıstana 600 milyon kubmetr qaz ixracı planlaşdırılır ki, bu da qaz istehlakının 19%-inin Azərbaycan hesabına ödənilməsi deməkdir. 

Həmçinin Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) oktyabrda kommersiya fəaliyyətinə başlaması,  Bolqarıstana əlavə qaz həcmlərinin tədarükü və elektrik enerjisi sahəsində əməkdaşlıq perspektivlərindən də bəhs edilib.

Son xəbərlər
Digər xəbərlər