13 C
Baku
Saturday, November 23, 2024

Blinken Yaponiya və Cənubi Koreya XİN başçıları ilə Tayvan ətrafındakı vəziyyəti müzakirə edib

Yaponiyanın xarici işlər naziri Yoşimasa Hayaşi, ABŞ-ın dövlət katibi Entoni Blinken və Cənubi Koreyanın xarici işlər naziri Pak Çin Nyu-Yorkda, BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində Tayvan ətrafında vəziyyəti və Şimali Koreyanın nüvə sınaqları keçirməsi təhlükəsi ilə məsələlərini müzakirə ediblər.

Bu barədə sentyabrın 23-də Kyodo agentliyi məlumat yayıb.

Qeyd edilir ki, tərəflər Koreya yarımadasında nüvə silahının ləğvi üçün əməkdaşlığı davam etdirəcəklərini bir daha təsdiq ediblər. Nazirlər, həmçinin Şimali Koreyanın nüvə qüvvələri haqqında qanunu qəbul etməsi ilə əlaqədar narahatlıqlarını ifadə ediblər.

Bundan əlavə, tərəflər Tokio, Vaşinqton və Seul arasında müdafiə sahəsində tərəfdaşlığın inkişafı barədə razılığa gəliblər.

Yaponiyanın xarici işlər naziri Y.Hayaşi öz növbəsində həmkarlarını Şimali Koreya tərəfindən oğurlanmış Yaponiya vətəndaşlarının azad edilməsi məsələsinə yardım etməyə çağırıb. Agentliyin bildirdiyinə görə bu təklif E.Blinken və P.Çin tərəfindən dəstəklənib.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər