14 C
Baku
Sunday, November 24, 2024

Karqo ilə idxal olunan uşaq geyimlərinə ƏDV yumşaldıla bilər

Elektron ticarət platformalarından sifariş olunan mallara və onları gətirən karqo şirkətlərinə nəzarətin gücləndirilməsi təklif olunub.

Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyasından verilən məlumata görə, bu təklif Assosiasiyanın İdarə Heyəti ilə Dövlət Vergi Xidmətinin nümayəndələri arasında görüşü zamanı səsləndirilib.

Görüşdə həmçinin idxal zamanı ƏDV-nin ödənilməsinə bank zəmanəti əsasında möhlətin verilməsi, eləcədə idxal olunan uşaq geyimlərinə tətbiq edilən ƏDV-nin yumşaldılması ilə bağlı təkliflər irəli sürülüb.

Assosiasiyanın İdarə Heyətinin üzvləri Dövlət Vergi Xidmətinin əməkdaşlarına noyabr ayında Bakıda Ticarət Festivalının (Shopping Festival) keçirilməsi niyyətində olduqlarını bildirərək, ticarət festivalı zamanı xüsusi vergi güzəştlərinin tətbiq edilməsi məsələsinə baxılmasını təklif ediblər.

Dövlət Vergi Xidmətinin əməkdaşları tərəfindən bildirildi ki, geyim idxalı sahəsində fəaliyyət göstərən sahibkarlara dəstək məqsədilə belə görüşlərin keçirilməsi və Assosiasiya ilə qarşılıqlı əməkdaşlıq davam etdiriləcək.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər