Naxçıvanın mobil rabitə xidmətlərinin gəlirləri açıqlandı

Naxçıvan Muxtar Respublikasında 2022-ci ilin yanvar-avqust aylarında informasiya və rabitə xidmətlərinin dəyəri 40 milyon 968 min 900 manat olub.

Banker.az Naxçıvan Statistika İdarəsindən əldə etdiyi məlumata əsasən xəbər verir ki, bu, 2021-ci ilin müvafiq dövründəki xidmətlərin dəyəri ilə müqayisədə 3 faiz çoxdur.

Bu dövr ərzində mobil rabitə xidmətlərinin dəyəri 30 milyon 266 min 600 manat təşkil etmiş və bir il öncəyə nisbətdə 1.7 faiz artmışdır.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər