6 C
Baku
Sunday, December 15, 2024

Lavrov Ukraynada hansı halda nüvə silahı tətbiq ediləcəyini açıqlayıb

Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvanın hansı şəraitdə nüvə silahından istifadə edəcəyini açıqlayıb.

Sergey Lavrov Rusiyanın ilhaq edilən Ukrayna torpaqlarını müdafiə etmək üçün nüvə silahından istifadəyə hazır olacağını bəyan edib.

Ukrayna xarici işlər naziri Dmitri Kuleba isə rusiyalı həmkarının açıqlamasını məsuliyyətsiz və qəbuledilməz adlandırıb.

Qeyd edək ki, bundan əvvəl Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev anoloji xəbərdarlıqla çıxış edib.

 

 

Son xəbərlər
Digər xəbərlər