9 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda keçiriləcək ilk Milli Şəhərsalma Forumuna 1.4 milyon manat ayrılacaq

Azərbaycanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “Caspian Event Organisers” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 1.4 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə Azərbaycan Milli Şəhərsalma Forumunun keçirilməsi xidmətlərinin satın alınması nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 1 442 477 manatdır.

Xatırladaq ki, Azərbaycanın ilk Milli Şəhərsalma Forumu oktyabrın 5-i və 6-da Bakı və Ağdam şəhərlərində keçiriləcək. Tədbirin əsas məqsədi dayanıqlı inkişaf və şəhərlərin bərpasına təkan verən beynəlxalq təcrübələrin mübadiləsi, şəhərlərin bərpasında Azərbaycan modelinin öyrənilməsi, habelə dünyanın müxtəlif yerlərində oxşar problemlərlə üzləşən mütəxəssislər və siyasətçilər ilə əlaqələrin qurulmasıdır.

Son xəbərlər
Digər xəbərlər