14 C
Baku
Saturday, November 23, 2024

Serbiya Rusiyanın referendumlarını tanımayacaq

Serbiya Rusiyanın Ukraynanın işğal olunmuş ərazilərində keçirdiyi “referendumlar”ı tanımayacaq.

Bu barədə Serbiyanın xarici işlər naziri Nikola Selakoviç bildirib.

Medianın “referendumlar”la bağlı sualına Selakoviç cavab verib ki, Serbiya beynəlxalq hüququn prinsiplərini və öz maraqlarını nəzərə alaraq, onların nəticələrini tanıya bilməz.

“Birincisi, biz beynəlxalq hüququn prinsiplərinə və BMT Nizamnaməsinə əsaslı şəkildə riayət edirik. İkincisi, bu, bizim dövlət və milli maraqlarımıza, ərazi bütövlüyümüzün, suverenliyimizin və sərhədlərin toxunulmazlığı prinsiplərimizin qorunması siyasətimizə tamamilə zidd olardı”, – Selakoviç izah edib.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər