17 C
Baku
Saturday, May 4, 2024

Azərbaycanda kredit kartları maaş kartlarından daha çox artıb

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı 2022-ci ilin avqust ayında iyul ayı ilə müqayisədə 180 min ədəd artaraq 12 milyon 609 min ədədə çatıb.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2021-ci ilin sonu ilə müqayisədə (8 ayda) ödəniş kartlarının sayı 1 milyon 569 min ədəd artıb.

Avqust ayında əməkhaqqı kartları 23 min ədəd artaraq 2 milyon 714 min ədədə, digər debet kartlarının sayı 112 min ədəd artaraq 4 milyon 813 min ədədə, kredit kartlarının sayı isə 33 min ədəd artaraq 1 milyon 616 min ədədə yüksəlib.

Sosial kartların sayı isə 12 min ədəd artaraq 3 milyon 466 min ədədə çatıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər