“Türk Hava Yolları” (THY) müharibə səbəbindən Ukrayna hava məkanının mülki uçuşlar üçün bağlanmasından sonra Yekaterinburq, Minsk, Soçi, Rostov şəhərlərinə və Ukraynaya uçuşların dayandırılması qərarını uzadıb.
Bu haqda THY-nin sosial media hesablarında məlumat paylaşılıb.
“Yekaterinburq, Minsk, Soçi, Ukrayna, Krasnodar və Rostovdan gediş/qayıdış uçuşlarımız 31 dekabr 2022-ci il tarixinədək ləğv edilib”, – məlumatda qeyd olunub.