“İşğaldan azad edilən ərazilərimizdə yeni məktəblər tikilir”.
Bunu təhsil nazirinin müavini Firudin Qurbanov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Zəngilanda inşa edilən məktəbdə artıq ilk tədris ilinə başlanıldı:
“Yaxın vaxtlarda Şuşada, Ağdamda, Cəbrayılda da tikilən yeni məktəb binaları istifadəyə veriləcək”.
O qeyd edib ki, 600-ə yaxın abidə, mədəniyyət ocağı, 1000-ə yaxın təhsil müəssisəsi dağıdılıb:
“Bu istiqamətdə və təhsil sahəsində yeni layihələr həyata keçirilir. Bu günləri bizə qismət edən şanlı ordumuz və ordumuzun şəhid olan mənsublarıdır. Allah şəhidlərə rəhmət eləsin”.