8 C
Baku
Monday, January 13, 2025

Moldovanın keçmiş prezidentinin ev dustaqlığının müddəti uzadılıb

Kişinyov Apellyasiya Məhkəməsi Moldovanın keçmiş Prezidenti İqor Dodonun ev dustaqlığının müddətini oktyabrın 21-dək uzadıb.

Bu barədə eks-prezidentin vəkili Nikolay Posturusu məlumat verib.

“Apellyasiya Məhkəməsi prokurorların həbs müddətinin 30 sutka, yəni oktyabrın 21-dək uzadılması tələbini təsdiqləyib”, – vəkil bildirib.

Xatırladaq ki, mayın 24-də İqor Dodona qarşı dövlətə xəyanət və korrupsiya ittihamları irəli sürülüb. Bu ittihamları təkzib edən eks-prezident təqsirsizliyinə dair sübutların olduğunu bildirib.

 

 

Son xəbərlər
Digər xəbərlər