12 C
Baku
Saturday, November 23, 2024

Nağdsız ödənişin kassa çekində nağd kimi göstərilməsi qanun pozuntusu sayılırmı?

Marketdə POS-terminal vasitəsilə ödəniş edirəm və mənə vərilən çekdə ödənişin nağd olduğu gostərilir. Buna görə mənə 10% ƏDV geri ödənilir. Belə bir hal baş verəndə nə etməliyəm?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 50.8-ci maddəsinə əsasən ödənişin forması və üsulu (nağd və ya nağdsız, avans (beh), nisyə, bonus, hədiyyə kartı və digər bu kimi ödəmələr) haqda məlumat nəzarət-kassa aparatının çeklərində qeyd olunmalıdır.

Sorğunuzda qeyd olunan halda, müvafiq xətanın aradan qaldırılması üçün məhsulu aldığınız satış nöqtəsinə müraciət edə bilərsiniz.

Eyni zamanda, qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Dövlət Vergi Xidmətinə müraciət” alt bölməsinə, Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16-cı və 50-ci maddələri.

Son xəbərlər
Digər xəbərlər