12 C
Baku
Tuesday, May 7, 2024

Oktyabrın 14-də MDB Dövlət Başçıları Şurasının iclası keçiriləcək

Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası oktyabrın 14-də Qazaxıstanın Astana şəhərində keçiriləcək.

Bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, oktyabrın 13-də Asiyada Qarşılıqlı Əlaqə və Etimad mövzusunda sammit, növbəti gün isə “Mərkəzi Asiya-Rusiya” sammiti baş tutacaq.

Qazaxıstan 2022-ci ildən MDB-yə sədrlik edir.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər