İpoteka və Kredit Zəmanət Fondu (İKZF) ipoteka kreditləri üzrə marjasını açıqlayıb.
Fondun İpoteka kreditləri departamentinin şöbə müdiri Rasim Abdullayev bildirib ki, adi ipoteka kreditləri üzrə müəyyən edilən 8%-in 4%-i bankların xərclərinə yönləndirilir. “Fondun cəlb etdiyi vəsaitin maya dəyəri 3% təşkil edir, 1% isə İKZF-nin müəyyən etdiyi marjadır”, – deyə Rasim Abdullayev əlavə edib.