Danimarkanın “Lego” şirkətinin Rusiyanı tərk etdikdən sonra onun mağazalarının yerində “Mir kubikov” adlı multibrend şəbəkəsi açılacaq. Məlumata görə, yeni brend altında ilk satış məntəqələri bu gün, sentyabrın 29-da işə başlayacaq.
Banker.az bu barədə “Vedomosti”yə istinadən xəbər verir.
Qeyd olunur ki, yeni mağazalarda təkcə “Lego” məhsulları deyil, digər istehsalçıların da konstruktorları satılacaq. Hal-hazırda “Lego” məhsulları Rusiyaya paralel idxal vasitəsilə tədarük edilir.