Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiya vətəndaşlarının kütləvi axını fonunda təhlükəsizlik tədbirlərini gücləndirmək barədə qərar verib.
Bu barədə Qazaxıstan prezidentinin mətbuat xidmətinə istinadən xəbər verilir.
Daxili işlər naziri Marat Axmetjanov Prezident Kasım-Jomart Tokayevlə görüşdə Rusiya Federasiyası vətəndaşlarının gəlişi fonunda görülən təhlükəsizlik tədbirləri barədə danışıb, kriminogen vəziyyətin sabit olduğunu deyib.
Sentyabrın 21-də səfərbərlik elan olunandan bəri Qazaxıstana 98 min Rusiya vətəndaşı daxil olub.