14 C
Baku
Saturday, November 23, 2024

Deputat ərzaq satışına tətbiq olunan ƏDV-nin dərəcəsinin azaldılmasını təklif edib

“Azərbaycanda ərzağın pərakəndə satışına tətbiq olunan 18%-lik əlavə dəyər vergisinin (ƏDV) dərəcəsi azaldılmalıdır”.

Bunu Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

“Azərbaycanda hökumət ölkə prezidentinin tapşırıqlarına uyğun olaraq müəyyən addımlar atır, ərzaq məhsullarının bahalaşmasına imkan verməmək üçün təhlillər aparılır. Bəzi təkliflərlə ərzaq məhsullarının qiymətlərindəki artımların qarşısını ala bilərik. İndiki zaman kəsiyində 18 %-lik ƏDV-nin azaldılması xalqın maraqlarına uyğun olardı. Çünki əhalinin ərzaq məhsullarına əlçatanlığı təmin edilməlidir. Ona görə də 18 %-lik ƏDV çoxdur”, – deyə o, qeyd edib.

Bundan başqa, deputatın sözlərinə görə, ölkədə dərmanların da qiymətləri durmadan artır: “Bunun əsas səbəbi Rusiya-Ukrayna müharibəsi, eləcə də pandemiya ilə bağlı iqtisadi-ticari əlaqələrin pozulmasıdır. Azərbaycan da dünyanın bir parçası kimi bu proseslərdən kənarda qalmır”.

Xatırladaq ki, bundan əvvəl digər deputat Vahid Əhmədov ƏDV-nin diferensiallaşdırılması təklifi ilə çıxış edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər