8 C
Baku
Thursday, December 12, 2024

Ukrayna müdafiə naziri: “Yaxşı xəbərlər tezliklə elan ediləcək”

Ukraynanın müdafiə naziri Oliksiy Reznikovla ABŞ-ın müdafiə naziri Lloyd Austin arasında telefon danışığı olub.

Bunu O.Reznikov tviterdə yazıb.

Tərəflər cəbhə xəttindəki durumu, Ukraynanın imkanlarını gücləndirməyin yollarını müzakirə ediblər.

“Yaxşı xəbərlər tezliklə elan ediləcək”, – O.Reznikov bildirib.

L.Austin rəsmi Vaşinqtonun Rusiyanın Ukrayna ərazilərində keçirdiyi “referendum”ların nəticəsini tanımayacağını təsdiqləyib.

Qeyd edək ki, sentyabrın 23-27-də Ukraynanın Rusiya işğalı altında olan Donetsk, Luqansk və Zaporojye vilayətlərində “referendum” keçirilib. Vətəndaşlar Rusiyanın tərkibinə daxil olmağa razı olub-olmadıqları barədə suala cavab veriblər. Elan olunan nəticələrə görə “referendum”da iştirak edənlərin çoxu həmin vilayətlərin Rusiyanın tərkibinə daxil olmasına səs verib.

Rəsmi Kiyev və dünyanın heç bir ölkəsi “referendum”ların nəticəsini tanımayıb.

Sentyabrın 30-da Rusiya Prezidenti Vladimir Putin Zaporojye və Xerson vilayətlərinin “suverenliyi”nin və “müstəqilliyi”nin tanınması haqqında fərman imzalayıb.

Bu gün Kremldə V.Putinin iştirakı ilə həmin ərazilərin Rusiyaya birləşdirilməsi barədə sazişlər imzalanacaq.

 

MənbəReport
Son xəbərlər
Digər xəbərlər