-1 C
Baku
Sunday, December 15, 2024

Rusiyadan İtaliyaya qaz tədarükü dayandırıldı

Bu gündən etibarən Rusiyadan İtaliyaya təbi qaz tədarükü dayandırılıb.

Bu barədə İtaliyanın “Eni” neft-qaz şirkəti məlumat yayıb.

Rusiyanın “Gazprom” şirkəti bu gün üçün tələb olunan qazı təmin edə bilməyəcəyini bildirib. Avstriya ərazisindən də qaz nəqlinin mümkün olmadığı qeyd edilib. Buna görə “Eni” şirkətinin Rusiya qazını qəbul etdiyi Tarvisio ötürücü məntəqəsi vasitəsilə “mavi yanacağın” tədarük həcmi bu gün sıfıra bərabər olub.

Məlumata görə, Rusiyadan İtaliyaya qaz nəqlinin həcmi hazırda ümumi qaz tədarükünə nisbətdə 10 faizdən azdır. Tarvisioda ötürücü məntəqəsində qaz nəqlinin dayanmasının mövcud vəziyyətdə böyük dəyişikliyə səbəb olmayacağı diqqətə çatdırılıb.

Qeyd edək ki, İtaliya iyul ayından etibarən Rusiya qazından asılılığını 40 faizdən 25 faizə endirib. Azərbaycan qazının əsas idxalçılarından olan İtaliyanın yeraltı qaz anbarlarının doluluq nisbəti hazırda 90 faiz səviyyəsindədir.

 

 

Son xəbərlər
Digər xəbərlər